Pentaqon:“Çin başlıca təhdid, Rusiya isə ciddi təhlükədir”

ABŞ Müdafiə Nazirliyi Rusiyanın mövcud dünya nizamına ciddi təhlükə törətməsinə baxmayaraq, əsas təhdid kimi Çini görür.
Bunu brifinqdə ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks deyib.
Onun fikrincə, Rusiyanın dünya nizamı üçün ciddi təhlükə yaratmasını Ukraynadakı müharibə sübut edir.
Lakin buna baxmayaraq, Pentaqon rəsmisi yalnız Çinin beynəlxalq sistemə və ABŞ-ın buradakı maraqlarına meydan oxumaq üçün hərbi, iqtisadi və texnoloji potensiala malik olduğunu bildirib.
Mənbə: TASS