Rusiya və Çindən təhlükə: Pentaqonun Konqresə göndərdiyi sənədin detalları bəlli oldu


Pentaqon Rusiya Federasiyasını və Çini ABŞ üçün ciddi təhlükə mənbəyi kimi görməkdə davam edir.

Belə ki, ABŞ Müdafiə Nazirliyinin Konqresə milli təhlükəsizlik prioritetlərinə dair sənəd göndərib.

Sənəddə Rusiya Birləşmiş Ştatlara qarşı “kəskin təhlükə”, Çin isə “çoxşaxəli təhlükə” törədən ölkələr kimi xarakterizə edilib.

Mənbə: Unian