Kiyev istiqamətində gərginliyin azaldılması digər məsələlərlə yanaşı ona görə zəruridir ki, burada qərar qəbul etməli olan insanlar var.
Bunu çərşənbə axşamı Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski deyib.
Eyni zamanda o əlavə edib ki, Kiyev və Çerniqov istiqamətində gərginliyin azaldılması atəşkəs demək deyil.
Medinski qeyd edib ki, Kiyevin təklifləri kompromis üçün ilk konkret iradə ifadəsidir.
Medinski əlavə edib ki, RF Silahlı Qüvvələrinin Baş Qərargahı “yaxın gələcəkdə münaqişənin iki istiqamətdə səngiməsinin və ya deeskalasiyasının nə demək olacağı” barədə konkret təfərrüatları açıqlayacaq.
Mənbə: TASS