Rusiyanın Ukraynaya müdaxiləsində ilk gündən Vladimir Putinə dəstəyini əsirgəməyən Çeçenistan lideri Ramzan Kadırova general-leytenant rütbəsi verilib.
“Sherg.az” xəbər verir ki, bu qərar Rusiya mediasında böyük əks-səda doğurub. Kadırov isə öz “Telegram” hesabında döyüşə aid paylaşımlara davam edir. O, bildirib ki, yaxın müddətdə Mariupol şəhəri ələ keçiriləcək:
"Mariupolun təmizlənməsi tam sürətlə davam edir qısa müddətdə şəhər tamamilə təmizlənəcək".