Rus əsgəri Ukraynada vəhşilik törədir

Kiyevə yaxın kənddə iki yeniyetmə qız təcavüzə uğrayıb

Ukraynalı qadınlar çirkin görünsünlər deyə saçlarını kəsir


Rusiyanın Ukraynanı işğalı davam edir, ölkənin dörd bir yanından qorxunc xəbərlərlə yanaşı, fotolar da dünyaya yayılır. Dəhşətli xəbərlərdən biri Kiyevdən uzaqdakı İvankiv kəndindəndir. Ərazi üzrə bələdiyyə başqanı yardımçısı Marina Besçastna rus ordusunun işğal etdiyi kənddə yaşananları anladıb. Bildirib ki, kənddə 15 və 16 yaşlı iki yeniyetmə qız rus əsgərləri tərəfindən cinsi təcavüzə məruz qalıb. Rus əsgərləri İvankivə daxil olanda sığınacaqda gizlənən qadınları, qızları saçlarından dartıb sürüyərək çıxarır, təcavüz edirdi. Bunu bilən digər qızlar və qadınlar uzun saçları hesabına cazibədar deyil, çirkin görünsünlər, həm də rus əsgərlər saçlarından tutub sürüməsin deyə, saçlarını çox qısa kəsdiriblər. İvankiv kəndi Kiyevin şimal-qərbində yerləşir. Rus ordusunun hücumu nəticəsində kəndin ətraf bölgələrlə əlaqəsi tamam kəsilibmiş. Kənd 31 martda rus hərbi birliklərindən azad edildikdən sonra ukraynalı mühəndislər yenidən körpü quraşdırıb, kəndin ətraf ərazilərlə əlaqəsini yenidən bərpa ediblər. Ukrayna Prezidenti Vladimir Zelenski məlum olduğu kimi Rusiyanın Ukrayna xalqına qarşı həyata keçirdiyi soyqırım və müharibə cinayətlərinə görə beynəlxalq məhkəməyə veriləcəyini deyib. Rəsmi Moskva isə, əlbəttə ki, bunları təkzib edir, xəbərlərin yalan, yayılan fotolarınsa qurama olduğunu öz təbirincə təsdiq etməyə çalışır. V.Zelenski isə hər bir cinayətə dair təkzibedilməz faktlara malik olduqlarını bildirib.