İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi “Müqavimət” hərəkayının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.

Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.

Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb. 

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.