Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinə zəng vuracaq.
APA xəbər verir ki, bu barədə AFP Yelisey Sarayına istinadən məlumat yayıb.
Xəbərə görə, telefon danışığı Moskva vaxtı ilə 13:00-da planlaşdırılır.
Qeyd edək ki, Rusiya və Fransa liderlərinin bundan qabaq telefon danışığı 29 martda baş tutub.
Xatırladaq ki, ötən şənbə Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.