Vyana müzakirələri dayandırılmayıb və başqa bir formatda ABŞ və İran arasında məktublaşmaqla davam etdirilir.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan deyib.
.Əmirabdullahiyan deyib ki, məktublaşma Avropa İttifaqının Vyana müzakirələrindəki nümayəndəsi vasitəsilə aparılır: "Bu müzakirələrdə hədəfimiz güclü və davamlı razılıq əldə etməkdir. ABŞ İranın qırmızı xətlərini bilir. Müzakirələri davam etdirəcəyik, razılıq əldə olunarsa nümayəndəmiz Vyanada son razılaşmanı imzalayacaq."