ABŞ-ın Gürcüstandakı səfirliyində bomba həyəcanı

ABŞ-ın Tbilisidəki səfirliyinin binasından əməkdaşlar və səfirliyə müracitə edən vətəndaşlar təxliyə edilib.
Yerli KİV-in məlumatına görə, diplomatik korpusun binasının minalandığı barədə məlumat yayılıb.
Hazırda istehkamçılar və mütəxəssislər hadisə yerində işləyirlər.
Daxili İşlər Nazirliyi və ABŞ səfirliyi hələlik mətbuata rəsmi şərh verməyib.
Mənbə: Sputnik