Analitik: Rusiyanın  ilhaq siyasəti iflasa uğrayacaq 

"Ukrayna qoşunları  bu qondarma referendumdan sonra Krım və Donbasın tam azad olunması istiqamətində hücumlarını intensivləşdirəcəyi gözlənilir"

"Rusiyanın Ukraynada ilhaq  referendumu fiaskoya uğrayacaq".

Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, Kreml rəhbərliyinin Ukraynanın işğal etdiyi ərazilərdə Xerson, Zaparojye və Donbasda referendum keçirməklə, bu əraziləri Rusiyaya birləşdirilməsinin heç bir hüquqi əsası yoxdur: 

"Bu, Moskvanın məğlubiyyətinin nəticəsidir. Bununla, Ukraynanın hücumlarını durdurmaq və Rusiya ərazisinə hücum kimi " qanuni" əsas yaratmaqdır. Bu, Ukraynanın hücumunu dayandırmayacaq və Rusiyanın məğlubiyyətini tezləşdirəcək. Qeyd edim ki, bu qondarma referendumla "Donetsk" və "Luqansk" qondarma respublikalarının mövcudluğuna son qoyuldu. Əgər, Rusiyanın Ukrayna ordusuna qarşı kiçik kilolotlu nüvə silahı işlərsə, analoji hal Rusiyaya da tətbiq ediləcək. Rusiya bununla Ukraynada məğlubiyyətinin qarşısını almağa çalışır. Qeyd edim ki, Ukrayna qoşunları bu qondarma referendumdan sonra Krım və Donbasın tam azad olunması istiqamətində hücumlarını intensivləşdirəcəyi gözlənilir. Rusiyanın bu ilhaq siyasəti iflasa uğrayacaq və səfərbərlik elan etməsi ilə ordunun maddi-texniki bazası tam zəifləyəcək. Bu da  mərkəzi hakimiyyətin zəifləməsinə və elita daxilində mübarizəyə səbəb olacaq. Nəticədə Kremldə lider dəyişikliklərinə gətirib çıxara biləcək proses başlaya bilər".