Baş nazirliyi 6 həftə çəkdi: Liz Trass istefa verdi

 İngiltərədə 1,5 ay əvvəl baş nazir seçilən Liz Trass, açıqladığı iqtisadi siyasətə reaksiyalardan sonra istefa verib. Britaniyanın 3-cü qadın baş naziri Liz Trass Marqaret Tetçerdən sonra 2-ci Dəmir Ledi adlandırılıb. Trassın hakim Mühafizəkarlar Partiyasının yeni lideri seçilənə qədər baş nazir kimi keçidə rəhbərlik edəcəyi gözlənilir.

Liz Ttassın istefası barədə İngiltərə kralı III Çarlzı məlumatlandırdığını bildirib.

Baş nazirlik İqamətgahı qarşısında mətbuata açıqlama verən Truss istefa ərizəsini bu səhər verdiyini bildirib.

Altı həftə əvvəl vəzifəyə gələn Liz Trassın açıqladığı iqtisadi paketlər onun reputasiyasının sarsılmasına səbəb olub. Trussun kabineti Britaniya funtu rekord səviyyədə ucuzlaşdığı üçün istefa verib. Vergi paketləri açıqlananda funt sterlinq ABŞ dolları qarşısında 1,0350 səviyyəsinə qədər bütün zamanların ən aşağı səviyyəsinə çatıb.

Böyük Britaniyanın Baş naziri Liz Trassın iqtisadi siyasətlərinə görə istefaya getməzdən əvvəl maliyyə naziri olmuş Kvasi Kvartenqi vəzifəsindən azad etdiyi bildirilir.

Britaniya hökuməti sentyabrın 23-də ölkədə vergi endirimlərini həyata keçirməyə hazırlaşdığını açıqlayıb ki, bu da ümumilikdə 45 milyard funt-sterlinq təşkil edəcək.

Bu vəziyyət ölkənin xarici borclanmasının artacağına dair gözləntiləri artırıb və sterlinqin kəskin ucuzlaşmasına səbəb olub.