Salyanda minik avtomobili aşdı: yaralılar var

Salyan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Qarabağlı kəndi ərazisində baş verən yol qəzası zamanı "Hunday" markalı minik maşını aşıb. Hadisə nəticəsində xəsarət alan piyada Laiq Orucov və avtomobildə olan şəxslər - Rauf Mustafayev, Zamin Mustafayev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.