Ukrayna Kurskda hərbi komendantlıq yaratdı

Ukrayna ordusunun nəzarətində olan Kursk vilayətinin ərazisində hərbi komendantlıq yaradılıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Prezident Vladimir Zelenskiyə məruzəsində deyib.

“Nəzarət olunan ərazilərdə asayişi qorumaq və əhalinin prioritet ehtiyaclarını təmin etmək üçün hərbi komendantlıq yaradılıb. General-mayor Eduard Moskalyov komendant təyin edilib”, - Sırski bildirib.