Ağsuda ağır qəza - Ölən və yaralanan var

Ağsu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Sherg.az report-a istinadla xəbər verir ki, hadisə Ağsu şəhərinin Tofiq İsmayılov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” markalı avtomaşının sürücüsü, Ağsu rayon sakini Nazim Abışov həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara çırpılıb.
Qəza zamanı avtomobildə olan Ağsu sakini Rövşən Əzizbəy oğlu Əmirov hadisə yerində ölüb, sürücü N.Abışov isə ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.