Mahmud Abbas: Qəzzanın üçdə iki hissəsi dağılıb

Qəzzanın üçdə iki hissəsi dağılıb.

“Report” xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, ərazidəki məktəblər, məscidlər və digər tikililər məhv olub: “ABŞ isə bütün bunlara qarşı susur, veto hüququndan istifadə edir. Təəssüf ki, ABŞ-nin dünyaya gətirdiyi fəlakət davam edir”.