Ukrayna Kurskda nəzarət etdiyi əraziyə komendant təyin edib

Ukraynanın Kursk ərazisində yaratdığı Hərbi Komendantlığa komendant təyin edilib.
APA-nın “currenttime.tv”yə istinadən xəbərinə görə, bunu Ukrayna Ordusunun baş komandanı Aleksandr Sırski deyib.
O əlavə edib ki, bu vəzifə general-mayor Eduard Moskalyova tapşırılıb.