İsrail Qəzzada 17 mindən çox terrorçunu məhv edib

İsrail əsgərləri Qəzza zolağında keçirdikləri əməliyyat zamanı 17 mindən çox fələstinli radikalı məhv edib.

Oxu.Az xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.

O vurğulayıb ki, İsrail hərbçiləri Qəzzada döyüşməyə davam edir, Rəfahda, Xan Yunisdə və Qəzzanın mərkəzində hər yerə hücum edirlər".

"Geniş miqyaslı döyüşlər və əldə edilən yüksək nailiyyətlər HƏMAS-ın ayağa qalxma və bərpa qabiliyyətini sarsıdır və biz eyni ruhda davam etməkdə qərarlıyıq" , - İsrail ordusunun sözçüsü əlavə edib.