Marneulidə 45 yaşlarında olan Arif Əzizov güllələnib

Bu gün, axşam saat 17:30 radələrində Gürcüstanın Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində güllələnmə hadisəsi baş verib.

24News.ge xəbər portalına hadisə şahidlərinin verdiyi məlumata əsasən, 45 yaşlarında olan Arif Əzizov güllələnib.

Şahidlərin sözlərinə görə, Arif Əzizov çayxanada oturub nərtaxta oynadığı zaman ona atəş açılıb və o, yaralanıb.

Hadisəni törədən cinayətkar törətdiyi əməldən sonra ərazidən qaça bilib.

Hadisə yerinə polis və kriminal qrup cəlb olunub, araşdırma başladılıb.