İstanbulda İstiqlal küçəsində partlayış baş verib, yaralılar var - VİDEO

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 


Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Partlayışın səbəbi hələlik məlum deyil.