Millimizin Macarıstan və İsveç yığmaları ilə oyunları üçün heyəti açıqlanıb


Noyabrın 15-dən 20-dək Antalyada təlim-məşq toplanışında olacaq və noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sherg.az AFFA-nın saytına istinadla xəbər verir ki, heyətdə Rza Cəfər, David Orucov, Hüseyn Babayev, Rüfət Abbasov, Elcan Əbilov, Ramin Nəsirli (hamısı “Neftçi”), Yusif İmanov, Rüstəm Samiqullin, Camal Cəfərov (hamısı “Sabah”), Xəyyam Hüseynov, Veysəl Rzayev, Elçin Qasımov (hamısı “Turan Tovuz”), Şirxan Həsənzadə, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”), Abdulla Rzayev, Mirəli Əhmədov, (hər ikisi “Şamaxı”), İbrahim Ramazanov, Süleyman Damadayev, Emil Səfər (hamısı “Qəbələ”), Murad Vəliyev (“Levadia”, Estoniya), Nihat Fərəcli (“Tus Koblenz”, Almaniya), Tuqay Əlizadə (“Araz-Naxçıvan”), Samir Abdullayev (“Səbail”) və Mustafa Yıldırım (“Çorum”, Türkiyə) yer alıblar.