"Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Gürcüstanda 100 mindən çox Rusiya vətəndaşı məskunlaşıb".
24News.ge xəbər verir ki, bu barədə Prezident Salome Zurabişvili “France Inter” radiosuna müsahibəsində deyib.
O qeyd edib ki, 2022-ci il sentyabrın 21-dən indiyədək 700 min Rusiya vətəndaşı Gürcüstana daxil olub, onlardan 600 mini daha sonra Avropa ölkələrinə, Türkiyə və ya Ermənistana gedib.