İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində xəsərat alaraq Taksim Tədris və Tədqiqat Xəstəxanasına yerləşdirilən 49 yaralıdan 36-ı evə buraxılıb.
Bu barədə APA-nın İstanbul müxbirinə xəstəxanadan bildirilib.
“Müalicəsi davam edən 13 nəfərin vəziyəti stabildir, onlardan 5-i əməliyyat olunacaq. Yaralıların əksəriyyəti qəlpə yarası alıb”, - deyə müsahib qeyd edib.