Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri noyabrın 13-də Luqansk vilayətinin Krasnoreçensk icmasının Makeyevka kəndi üzərində nəzarəti bərpa ediblər.

Bu barədə “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir.

"Luqansk vilayəti cəbhəsindən xəbərlər: Svatovsk rayonunun Krasnoreçensk qəsəbə icmasında yerləşən Makeyevka kəndi "mavi zonaya" keçir. Ukrayna hərbçiləri qəsəbəyə nəzarəti bərpa ediblər", - məlumatda deyilir.

Noyabrın 5-də bildirilib ki, Luqansk vilayətinin Svatovski rayonunun Makeyevka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Rusiyanın Voronej vilayətindən səfərbər olunmuş batalyonu zərərsizləşdirilib.