Ərdoğan Fransa Prezidenti və Çin lideri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın dövlət başçısı Emmanuel Makronla görüşüb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçıları G 20 liderlərinin İndoneziyanın Bali əyalətində keçirilən sammiti çərçivəsində bir araya gəliblər.
R.T.Ərdoğanın, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdüyü bildirilir. Liderlərin hansı mövzuları müzakirə etdikləri açıqlanmayıb.