Britaniya XİN rəhbəri: “İran və Rusiya bütün dünyada qan axıdır” - FOTO

“İran və Rusiya bütün dünyada qan axıdır, dağıntılar törədir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu dövlətlərin qlobal təhlükəsizliyə yaratdığı təhdid heç olmadığı qədər ciddi xarakter alıb.