Şəkili pulun üzərində əks olunan ilk qadın vəfat etdi - FOTO

Cümhuriyyət tarixində pulun üzərinə şəkli əks olunan ilk qadın Sabiha Tansuğ 88 yaşında İzmirdə vəfat edib.

“Şərq” türk mediasına istinadən xəbər verir ki, İzmir Dokuz Eylül Universiteti xəstəxanasında həyatını itirən Tansuğ Bademlər Köyü qəbiristanlığında dəfn edilib.


 
Dəfn mərasimində onun ailəsi və yaxınları iştirak edib.

Tansuğ həyatını Anadolu mədəniyyətinin bütün dünyada tanıdılmasına həsr etmiş, bir çox ölkədə sərgilər təşkil etmişdir. 
Tansuğun Anadolu mədəniyyətindən bəhs edən kolleksiyası iyun ayında İzmirin Bademlər kəndində açılacaq muzeydə sərgilənəcək.



 

Etnoloq və kolleksiyaçı Sabiha Tansuğ 1935-ci ildə Yunanıstanda anadan olub. O, ailəsi ilə birlikdə İzmir Akhisar şəhərinə gəlib.

O, anasının tikdiyi Eğribaş gəlin başlığını çox bəyənib, gəlinin baş örtüyünün dalınca gedib. Anadolunun hər qarışını gəzdi, adət-ənənələri öyrənib. Qadın titullarını toplayıb, İstanbulda sərgi açıb.

Turan