Zaqatalada 31 yaşlı kişi bıçaqlanıb

Avqustun 12-də gecə saat 01 radələrində Zaqatala rayonunun Fındıqlı kəndində 1990-cı il təvəllüdlü Amid Şabanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 31 yaşlı Taleh Xəlilova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Şabanov saxlanılaraq istintaqa təhvil verilib.