Pezeşkian Azərbaycan haqda bu sözü deyib? – Melkonyan

İran Prezidenti Pezeşkianın İsrailə birbaşa zərbə endirmək əvəzinə başqa variant, hətta “Azərbaycandakı İsrail obyektlərinə hücum etməyi” təklif etdiyi iddiaları inandırıcı deyil.

Axar.az xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan erməni mediasına danışıb.

O bildirib ki, (mediaya – red.) bu cür “sızmalara” inanmağa meyilli deyil.

Melkonyanın sözlərinə görə, İranda İsrailə zərbə endirməyə hazırlıq gedir, hava hücumundan müdafiə sistemləri son bir neçə gündə döyüşə hazır vəziyyətdədir, Rusiyadan gələn nümayəndələrlə danışıqlar, görüşlər gedir:

“Amma İran bilavasitə sərhədləri yaxınlığında gərginlik yaratmaqda maraqlı deyil. İran uzun illərdir ki, öz sərhədlərindən çox kənarda tək bir təhlükə ilə mübarizə aparır, təhlükənin öz sərhədinə yaxın olmasına imkan vermir. Ona görə də İranda Azərbaycana hücum edərək, öz sərhədi yaxınlığında od yandırmağa hazır olan o qədər də çox insan yoxdur”.