Ukrayna Rusiyanın 3 regionuna hücum etdi

Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın üç regionu üzərində Ukraynaya məxsus 18 ədəd PUA vurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Növbətçi hava hücumundan müdafiə sistemləri 18 ədəd PUA vurub: 11-i Kursk, 5-i Belqorod, 2-si isə Voronej bölgəsində”, - məlumatda bildirilib.