Bakıda 43 yaşlı kişini döyməkdə şübhəli şəxs tutulub - YENİLƏNİB

Bakıda 43 yaşlı kişini döyməkdə şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, avqustun 10-da Yasamal rayonu ərazisində R.Həsənovun döyülərək xəsarətlər alması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır.

****
Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Həsənov Ramin Sahib oğlu bir neçə nəfərin hücumuna məruz qalıb.

Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Sherg.az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Ramin Sahib oğlu Həsənov bir neçə nəfərin hücumuna məruz qalıb.

Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb.

Hadisənin təfərrüatı araşdırılır.