Rusiya Belqorodun Ukrayna ilə sərhəd rayonundan əhalinin təxliyəsinə başlayıb

Bu gündən etibarən Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə sərhəd Krasnoyarujsk rayonundan əhalinin təxliyəsinə başlanılıb.

APA-nın “Interfax”a istinadən xəbərinə görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Merin sözlərinə görə, əraziyə bu məqsədlə kifayət qədər canlı qüvvə, eləcə də nəqliyyat vasitəsi cəlb olunub.

O deyib ki, qərar Ukrayna ordusunun sözü gedən bölgəyə yaxın ərazidə aktivliyinin artması səbəbindən qəbul edilib.