Mövlud Çavuşoğlu: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir”

“İsveç artıq radikallığı seçibsə, İslama qarşı çıxırsa, bu, onun öz işidir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyəyə nəyisə izah etməyə ehtiyac yoxdur: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir. Ümumiyyətlə, İsveçdəki hadisənin məqsədi bu ölkənin Alyansa üzvlüyünə mane olmaqdır”.
M.Çavuşoğlu hesab edir ki, İsveçin NATO-ya üzvlük yoluna mina düzülür: “Belə olan halda Finlandiyanın da iştirakı ilə üçtərəfli görüş nəticə verməz”.