Türkiyə Danimarkaya nota verdi

Türkiyə Danimarkanın Ankaradakı səfiri Denni Annana nota təqdim edilib.
Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı edilən hücuma icazə verilməsinə görə Danimarkanın Ankaradakı səfiri Denni Annan Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, XİN-ə çağırılan səfirə bildirilib ki, Türkiyə Qurana qarşı təxribat xarakterli hərəkəti qəti şəkildə pisləyir.
Danimarkanın bu münasibətinin qəbuledilməz olduğu səfirə çatdırılıb və sözügedən hərəkətin davam etdirilməsinə icazə verilməyəcəyinin gözlənildiyi vurğulanıb.
Mənbə: Anadolu