Pensiya yaşı 64-ə çatdı - Etirazlar başladı

Fransanın paytaxtı Parisdə əhali pensiya yaşının 64-ə çatdırılmasına görə etiraz aksiyası keçirib.
Bakupost.az TRTHaber-ə istinadən xəbər verir ki, Parisdə müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən yürüşə qatılan pensiya islahatının əleyhdarları əllərində məşəllər, bayraqlar və “Təqaüdümüzü qoruyaq” yazılmış pankartlarla küçələrə axışıblar.
Qambetta meydanından başlayan yürüş Respublika meydanında başa çatıb. Yürüşə “Fransa İnadkar” partiyasının siyasətçiləri də qoşulub.
Qeyd edək ki, Fransa hökuməti pensiya islahatı ilə pensiya yaşını 62-dən 64-ə yüksəltməyi hədəfləyir.
Açıqlandığı gündən ölkədə müxtəlif nümayişlər, tətillər və yürüşlərlə etirazlara səbəb olan pensiya islahatı gələn ay Milli Məclisdə müzakirəyə çıxarılacaq.