ABŞ Çinin hava şarını vurub

ABŞ hava məkanına daxil olan Çin hava şarını vurub.

APA “Associated Press“ə istinadən xəbər verir ki, hazırda sudan tullantıların çıxarılması üzrə əməliyyat aparılır.

Hələlik başqa təfərrüatlar verilməyib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi aşkar edilən Çin müşahidə şarını təhlükəli hesab etmirdi.

Pentaqon onun sonrakı hərəkətini izlədiyini və hadisələrin gedişatına reaksiya vermək üçün müxtəlif variantları nəzərdən keçirdiyini bildirmişdi.