Meksikada yanacaqdoldurma məntəqəsində partlayış olub

Meksikanın mərkəzindəki İdalqo ştatında yanacaqdoldurma məntəqəsində güclü yanğına səbəb olan avtosisternin partlaması nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "El Universal" qəzeti xəbər verib.

Məlumata əsasən, bölgə hakimiyyəti ölən və yaralananların sayı barədə hələki məlumat verməyib, lakin İdalqo ştatının qubernatoru Xulio Mençaka öz "Twitter" səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib və onların ailələrinə bütün lazımi yardımların göstərilməsini əmr edib.

Rəsmi məlumatlara görə, fövqəladə vəziyyətə səbəb "insan səhvi" olub.