Qordə Stalinin bannerinin üzərinə boya atılıb

Stalinin doğulduğu Qori bələdiyyəsində onun brünc heykəli götürüldükdən sonra ruspərəst qruplar vaxtaşırı müxtəlif yerlərdə Stalinin bannerini asırlar.

24News.ge xəbər verir ki, bannerlərdən biri də bələdiyyənin Axaldaba kəndi ərazisində asılıb.

Belə ki, bir neçə gün əvvəl yerli iş adamı küçədə işıq dirəyinə Stalinin portretini asıb və şəhər bələdiyyəsi həmin ərazinin şəxsi mülkiyyət olduğunu və onu çıxarmağa haqlarının olmadığını bildirib.

Bu gün isə vətəndaş fəalları işıq dirəyindən asılmış Stalinin bannerinin üzərinə müxtəlif rəngli boya atıblar.