Cənubi Koreya sahillərində gəmi aşıb: azı 9 nəfər itkin düşüb


Cənubi Koreya sahillərində gəminin aşması nəticəsində azı 9 balıqçı itkin düşüb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

 TASS informasiya agentliyi xəbər verir ki, balıqçı gəmisi Cənubi Koreyanın cənub-qərb sularında, insan yaşamayan Debiçi adasından 16,6 kilometr məsafədə aşıb. Ekipajın 3 üzvü xilas edilib.

Prezident Yun Sok Yol itkin düşənlərin tapılıb xilas edilməsi üçün maksimum səy göstərməyə çağırıb.