Rusiyada koronavirusa yoluxanların sayı 22 milyona çatır

Rusiyada son sutka ərzində 9 410 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 21 996 744 nəfərə çatıb.

Eyni zamanda, son sutkada 45 nəfər koronavirusun qurbanı olub, 5 200 nəfər isə koronavirusdan sağalıb.

Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 395 279 nəfər, sağalanların sayı isə 21 379 874 nəfər təşkil edir.