XİN: Litva sakinləri Ukrayna üçün 6 milyon avro toplayıb


Litva sakinləri Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin alınması üçün vəsait toplayıblar.

APA-nın məlumatına görə, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Twitter“ səhifəsində yazıb.

Nazirin sözlərinə görə, 6 milyon avro yığılıb. O, həmçinin qeyd edib ki, Litva qələbə əldə olunana qədər Ukraynanın yanında olacaq.