“Eyni ağrı, eyni çarəsizlik, eyni sönməz ümid...” - Aktrisa hekayəsini paylaşıb

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra paylaşım edən Gizem Güven 1999-cu ildə Gölcük zəlzələsindən ailəsi ilə birlikdə dağıntılar altından sağ çıxdığı anın hekayəsini paylaşıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Güven paylaşımında bu ifadələri işlədib.

"O fəlakətli gündə ailəmlə dağıntılar altından çıxanda mənim cəmi 5 yaşım var idi. Bunu unutmaq mümkün deyil... Bütün bu illər keçdi və indi ürəyimiz zəlzələ bölgəsində daha böyük bir fəlakətlə döyünür. Eyni ağrı, eyni çarəsizlik, eyni sönməz ümid...”

Turan