2 YAŞLI UŞAĞIN 79 SAAT SONRA XİLASI


Hatayda dağıntılar altında qalan 2 yaşlı Mert Tatar zəlzələdən 79 saat sonra xilas edilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, betonu divar qazma alətləri ilə kəsərək dəhliz yaradan qruplar uzun mübarizədən sonra 2 yaşlı Mert Tatara çatıb.

Zəlzələdən 79 saat sonra dağıntılar altından xilas edilən Tatar təcili yardımla xəstəxanaya aparılıb.

Turan