“Putin artıq Ukraynanı itirib” - Bayden

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanı itirdiyini hesab edir.
Bakupost.az xəbər verir ki, Bayden həm də NATO-nu tam birləşdirdiyi ilə fəxr etdiyini də bildirib.
O, PBS NewsHour telekanalına müsahibəsində Putinin NATO-ya uduzduğunu deyib.
"Qulaq asın. O artıq itirib. O hesab edirdi ki, NATO dağılacaq, heç nə edə bilməyəcək. Amma bunların heç biri baş vermədi.
NATO-nu daha da gücləndirdiyim üçün fəxr edə bilərəm”- deyə o qeyd edib.
Xatırladaq ki, ötən həftə Putin Ulraynada xüsusi əməliyyatın qələbə ilə bitəcəyini bildirmişdi.
Rusiya bu əməliyyat başlayandan hələ ki, ciddi heç nə itirməyib.