Ukrayna Prezident Ofisi: "Qərbin Kiyevə uzaqmənzilli silahlar və qırıcılar verməsi həll olunub"

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı üçün Qərb ölkələrinin Kiyevə uzaqmənzilli silahlar və qırıcılar verməsi məsələsi həll olunub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak tviterdə yazıb.
O, bunun detallarını daha sonra açıqlayacağını bildirib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevralın 24-də başlayıb.