KİV: Türkiyədə seçkilərin tarixi dəyişə bilər


Türkiyədə seçkilərin tarixi dəyişə bilər.

APA xəbər verir ki, türkiyəli jurnalist Murat Yetkin bununla bağlı “İyi” partiyanın sədri Meral Akşenerə istinadən məlumat paylaşıb.

Belə ki, Murat Yetkin Meral Akşenerə “Zəlzələ seçkilərin tarixinə təsir göstərə bilər?” sualını ünvanlayıb.

O, seçkilərin 14 mayda baş tutacağına inanmadığını bildirib.

“Amma düşünürəm ki, 18 iyun qalacaq”, - partiya sədri əlavə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən əvvəl seçkilərin 14 mayda keçiriləcəyinin anonsunu verib.