Moldovanın baş naziri istefa verdiyini açıqlayıb

Moldovanın baş naziri Nataliya Qavrilitsa bu gün baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.
Bu barədə hökumət başçısı brifinq zamanı elan edib.
“İl yarım baş nazir postundan sonra istefamı elan etməyin vaxtı çatıb”, - deyə Qavrilitsa vurğulayıb.
Qeyd edək ki, hökumət başçısının vəzifədən getməsi, konstitusiyaya görə, ölkənin Nazirlər Kabinetinin bütün üzvlərinin istefası deməkdir.
Mənbə: TASS