Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.

Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb.