Şahzadənin sadə və ucuz geyimləri diqqət çəkdi - FOTO

Uels şahzadəsi Keyt Middleton ictimaiyyət qarşısına "Zara" markasından olan ucuz qiymətli sadə geyimdə çıxıb.

Sherg.az  Lent.az-a istinadən xəbər verir ki, Kate Middleton İngiltərə məktəblərindən birinə solo qütb ekspedisiyası rekordunu qıran Preet Chandy adlı qızla görüşmək üçün gedib.

Şahzadə görüşdə qara şalvar, ağ uzunqol "Zara" markalı pencək, "Veja" ayaqqabı, həmçinin "Accessorize"dan olan ucuz mirvari sırğalarla çıxış edib. Onun pencəyinin qiymətinin 99 dollar (təxminən 168 manat), ayaqqabısının isə 150 dollar (təxminən 255 manat) dəyərində olduğu məlum olub.

Keyt dağınıq açıq saçlarla və sadə makiyajı ilə də diqqət çəkib.