ABŞ Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırır

ABŞ administrasiyası Rusiya Federasiyasına qarşı müdafiə, enerji və maliyyə sahələrində yeni sanksiyalar qəbul etmək, habelə Rusiyaya qarşı əlavə ixrac nəzarəti mexanizmlərini tətbiq etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.

"Prezident Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni ixrac nəzarəti və onun əsas sənaye sahələrini hədəf alan növbəti sanksiyalar paketinin tətbiq etməyə planlaşdırır", - deyə agentlik qeyd edib.

Bildirilib ki, tədbirlər Rusiyanın müdafiə və enerji sektoruna, maliyyə qurumlarına və bir neçə şəxsə qarşı yönəldiləcək.