Bayden Kiyevdə Zelenski ilə görüşüb - YENİLƏNİB-3

ABŞ Prezidenti Cozef  Baydenin Avropaya səfəri zamanı Ukraynanı ziyarət etməsi əvvəlcə planlaşdırılmamışdı. 

“Report”un xəbərinə görə, bu barədə Ağ evdən bildirilib.  

Qeyri-rəsmi məlumata görə, ABŞ lideri Kiyevə qatarla gəlib. 

KİV-in məlumatına görə isə səfərin logistika baxımından çox çətin olacağı proqnozlaşdırılırmış. Çünki C.Bayden ya qatarla 10 saat hərəkət etməli, ya da təhlükəli uçuş həyata keçirməliymiş.  

Qeyd edək ki, “Politico” məxfi səfər variantının nəzərdən keçirildiyini və sonda bundan imtina olunğunu yazmışdı.

Ancaq indi səfərdən imtina edilmədiyi ortaya çıxıb. 

14613
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında ABŞ lideri Cozef Baydenin Kiyevə səfəri ilə bağlı paylaşım edib. 

“Report”un xəbərinə görə, o, Birləşmiş Ştatlar Prezidenti ilə görüşdüyünü bildirib.

“Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz ukraynalılar üçün fövqəladə dərəcədə vacib dəstək nümayişidir”, - V.Zelenski görüşdə söyləyib. 

14:00
ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilir.

“Report” xəbər verir ki, məlumatı Ukrayna KİV-i yayıb.

V.Zelenski amerikalı həmkarını Mixaylovsk meydanında qarşılayıb.

ABŞ lideri həyəcan siqnalı altında müharibədə həlak olan Ukrayna müdafiəçilərinin xatirəsini yad edib.

13:34
ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

"Report" xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb.

Ağ ev liderinin Kiyevə gələcəyi barədə əvvəldən heç bir məlumat yayılmayıb.

C.Baydenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi, ölkədəki vəziyyətlə yaxından tanış olacağı gözlənilir.

Məlumata görə, hazırda ABŞ-ın strateji kəşfiyyat aviasiyası Polşa ilə Ukraynanın sərhədləri boyu uçuşlar edir.